Yuxarı

"Azərişıq" bu kəndlərdə yenidənqurma işləri aparır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərişıq" bu kəndlərdə yenidənqurma işləri aparır

"Azərişıq" ASC Zərdab rayonunun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsini yenidən qurur.

Aaxr.az xəbər verir ki, rayonun elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 110/35/10 kV-luq "Zərdab" yarımstansiyasının tikintisinə start verilib.

Yarımstansiya istismara verildikdən sonra rayon mərkəzini və kəndləri dayanıqlı elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq "Məlikli", "Əlvənd" və "Zərdab", 35/6 kV-luq "Kür-Nasos" yarımstansiyaları yeni güc mərkəzindən qidalanacaq. Beləliklə, yeni yaradılacaq yarımstansiya vasitəsilə şəhər ərazisi və 30 kənd keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq.

Yenidənqurma işləri çərçivəsində rayonun bir sıra yaşayış məntəqələrində 0.4 və 10 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulur. Gödəkqobu kəndində 4 ədəd müxtəlif güclü yeni 10/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 0.4 və 10 kV-luq metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Yaşayış məntəqəsi elektron tipli sayğaclarla təchiz olunur.

Dəkkəoba kəndinin də 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Yaşayış məntəqəsində 5 ədəd müasir tipli KTM quraşdırılıb.

Bundan əlavə rayonun Pərvanlı və İsaqbağı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

Qeyd edək ki, "Azərişıq" ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2026.08.28 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla