Yuxarı

“Nar”dan bu tələbələrə şad xəbər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan bu tələbələrə şad xəbər - Foto

"Nar" özünün KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bir neçə ay öncə Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş "Nar" laboratoriyasının açılışını edən mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, bu gün AzTU-da təşkil edilən "Nar" günü proqramı çərçivəsində tədris semestrinin sonunda ən yaxşı tələbələrin seçiləcəyi barədə elan verilib. Beləliklə, hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 tələbə artıq "Nar" tərəfindən xüsusi hədiyyələrlə təltif ediləcək.

İmtahan sessiyasında göstərdikləri nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr mobil operatordan dəyərli hədiyyələr qazanacaqlar. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən "Nar"ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verəcək.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə "Nar" GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. "Nar"ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı "Nar"ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

"Nar" KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

Tarix
2016.10.13 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla