Yuxarı

Erməni qarmonçu mahnılarımızı oğurladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni qarmonçu mahnılarımızı oğurladı - Video

Erməni qarmonçu Gagik Stepanyan sosial şəbəkələrdə Azərbaycan milli musiqilərini ifa etməsi ilə tanınır.

Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, əslən Gürcüstanın Axalkalaki vilayətindən olan G.Stepanyan ifalarında həm Qafqaz xalq musiqilərinin ritmləri, həm də virtuoz barmaq texnikası ön plana çıxır.

“Qadan mən alım”, “Sarı gəlin”, “Sən gəlməz oldun”, “Təki sən səslə məni” kimi Azərbaycan xalq mahnılarını ifa edən musiqiçini həmyerliləri həm tənqid, həm də təriflərlərlə qarşılayır.

İzləyiclərindən bəziləri Gagik Stepaniyanın Azərbaycanın məşhur qarmon ustası Aftandil İsrafilovun tələbəsi olduğunu iddia edirlər.

Xatırladaq ki, erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyirəm", "Niyə yox deyirsən", "Güman yeri var", "Ay bəri bax" kimi Azərbaycan kompozisiyalarını qarışıq üslubda ifa edərək, onları Yutub səhifəsində yerləşdirib. Q.Stepanyan mahnıların və onların müəlliflərinin adlarını açıqlamayıb.

2025-ci ildə Əqli Mülkiyyət Agentliyi bu barədə məlumat verib.

Agentliyin bu məsələ ilə bağlı gördüyü tədbirlər nəticəsində, müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının mülkiyyət hüquqlarını rəqəmsal şəbəkələrdə idarə edən ictimai birlik olan Rəqəmsal və Audiovizual Yayım Sənayesi (RAYS) texniki dəstək alan Stepanyanın kompozisiyalarını Yutub səhifəsindən silib.

Tarix
2026.08.28 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla