Yuxarı

Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarı... - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarı... - Nazirlik

Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

Elm və Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə tədris, təlim və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müvafiq təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur.

Qeyd edilib ki, bununla əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul Texniki Universitetinin Rektorluğuna bağlı olaraq Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində akademik bölmələrin açılması haqqında” 27 avqust 2026-cı il tarixli 11647 nömrəli Qərarı imzalayıb.

"İTU-nun mühəndislik sahəsində zəngin akademik və elmi potensialının Qarabağ Universiteti ilə əlaqələndirilməsi müasir tədris və tədqiqat imkanlarının genişləndirilməsinə, yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına və birgə elmi fəaliyyətin inkişafına şərait yaradacaq.

Əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir", - məlumatda deyilir.

Tarix
2026.08.28 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla