Yuxarı

Bir sinifdən 13 nəfər ATU-ya qəbul oldu: 1-i 700 bal topladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir sinifdən 13 nəfər ATU-ya qəbul oldu: 1-i 700 bal topladı

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11A sinfi 2025–2026-cı tədris ili üzrə qəbul nəticələri ilə diqqət çəkib.

Axar.az “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, sinfin 17 məzunu 500-dən yüksək, 13 məzunu isə 600-dən yüksək bal toplayıb. Onlardan 13-ü Azərbaycan Tibb Universitetinin tibb ixtisasına qəbul olub.

Sinfin ən yüksək nəticəsini Tağızadə Samir Hikmət göstərib. O, qəbul imtahanında maksimal nəticə olan 700 bal toplayıb.

Yüksək nəticə göstərən məzunlar arasında Mursaquliyeva İnci Rəsul – 690,2, Fərhadova Aysel Elnur – 682,6, Nağıyev Hüseyn Samir – 682, Tahirzadə Amin Pərviz – 679,1 və Səfizadə Rüqiyyəxanım Fərid – 675,4 bal nəticə göstəriblər.

Sinfin uğurları qəbul imtahanları ilə də məhdudlaşmayıb. Əliyev İlham Ramil, Tağızadə Hüseyn Qasım və Tarverdi Davud Mahmud fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə müsabiqədənkənar qəbul hüququ qazanıblar.

Məzunların qəbul olunduğu ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Heydər Əliyev adına Hərbi İnstitut və ADA Universiteti də yer alıb.

Tarix
2026.08.28 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla