Yuxarı

Şahbuz İH-də yoxlamalar aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbuz İH-də yoxlamalar aparıldı

Hesablama Palatası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyində və Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.

Axar.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumda növbəti Kollegiya iclası keçirilib. İclasda auditor Vəfa Mütəllimovanın təqdim etdiyi "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.

Agentliyin İdarə heyətinin sədri və Elm və Təhsil Nazirliyinin şöbə müdiri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.

Daha sonra auditor Hafiz İsmayılbəylinin təqdim etdiyi "Şahbuz Rayon İcra Hakimiyyəti və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakından istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.

Tarix
2026.08.28 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla