Yuxarı

Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi

Türkiyənin 30 Avqust - Zəfər bayramı münasibətilə ölkənin Azərbaycandakı səfirliyində rəsmi tədbir keçirilib.

Axar.az xəbər verir ki, qəbulda Azərbaycan müdafiə naziri Zakir Həsənov və nazirin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iştirak ediblər.

Bununla yanaşı, qonaqlar arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, digər ölkələrin Azərbaycandakı səfirləri, Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri yer alıblar.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.

Təbrikdə bildirilib ki, 30 Avqust Zəfəri türk xalqının əsarəti qəbul etməyəcəyini bütün dünyaya göstərib və Anadolu torpaqlarında milli müstəqilliyin qorunmasını təmin edib. R.T.Ərdoğanın mesajında 104 il əvvəl xalqın nümayiş etdirdiyi əzmkarlıq, cəsarət, birlik və qətiyyətin bu gün də Türkiyə üçün əsas motivasiya mənbəyi olduğu vurğulanır.

Müdafiə naziri Zakir Həsənov isə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının hər keçən gün daha da möhkəmləndiyini vurğulayıb. Nazir bildirib ki, iki ölkə arasındakı münasibətlər Ulu Öndər Heydər Əliyevin miras qoyduğu "Bir millət, iki dövlət" prinsipi və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün ifadə etdiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" prinsipi əsasında inkişaf edir.

"Bu prinsiplər birliyimizin əbədi və dəyişməz rəmzi olmaqla yanaşı, Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirən mükəmməl bir konsepsiyadır" - deyə, Zakir Həsənov əlavə edib.

Tarix
2026.08.28 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla