Yuxarı

Gəlininin məzarı üçün su götürmək istəyərkən boğulub öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəlininin məzarı üçün su götürmək istəyərkən boğulub öldü

09:37

Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub.

Axar.az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib.

Kənd sakini Ağa Məmmədov Suqovuşandan gələn kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun meyiti düşdüyü yerdən aralıda sakinlər tərəfindən aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Tərtər rayonunda beton kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovla bağlı hadisənin təfərrüatı məlum olub.

Teleqraf-ın məlumatına görə, rayonun Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.

Hadisədən bir neçə saat sonra onun meyiti düşdüyü yerdən bir neçə kilometr aralıda - kanalın Borsunlu kəndi ərazisindən keçən hissəsində, suyun istiqamətinin tənzimlənməsi üçün nəzərdə tutulan suötürücü qapıların yaxınlığında sakinlər tərəfindən aşkarlanıb.

Yaxınlarının bildirdiyinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edib.

Bildirilir ki, o, hadisə günü də məzarlığa gedib və məzarın ətrafındakı yaşıllığı sulamaq üçün kanaldan su götürmək istəyib.

Lakin bu zaman ehtiyatsızlıqdan suya düşüb və boğulub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.08.29 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla