Yuxarı

FHN Bakı Metropolitenində: yanğın təhlükəsizliyi... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Bakı Metropolitenində: yanğın təhlükəsizliyi... - Foto

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Bakı Metropoliteni QSC-nin struktur bölmələrində “Bakı Metropolitenində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Bu barədə Axar.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, metropolitenin departament, xidmət və sahələrinin yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri və baş mühəndislərinin iştirakları ilə keçirilən tədbirlərdə DYNX əməkdaşları tərəfindən metropolitendə yanğın təhlükəsizliyinə dair tələblər və yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, elektrik təsərrüfatında yanğın törədə biləcək səbəblərin aradan qaldırılması üçün metropolitenin yerüstü və yeraltı obyektlərinin və inzibati binalarının elektrik şəbəkələri, elektrik qurğuları, cihaz və avadanlıqlarının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab verməsinə dair tələblər aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.

Tədbirlərdə metropoliten ərazisində baş verə biləcək fövqəladə hallar zamanı atılacaq zəruri addımlar, o cümlədən yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani izah edilib, suallar cavablandırılıb.

Tarix
2026.08.29 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla