Yuxarı

Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda bir sıra tenderlərin qalibi olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, buna səbəb onun dövlət büdcəsinə olan vergi borcları ilə bağlıdır.

Məlumata əsasən, İnternational Supply And Constructıon Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 23 min 837 manat vergi borcu yaranıb. Bu il yaranan sözügedən borclarla bağlı dəfələrlə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkətə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə idarə Bakı Kommersiya Məhkəməsində İnternational Supply And Constructıon MMC-nin rəhbəri, 41 yaşlı İ.Rəhimovun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə iddia qaldırıb.

Məhkəmə iddianı təmin edib və şirkət tərəfindən qeyd olunan borcun ödənilməsi tam yerinə yetirilənədək İ.Rəhimovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Tarix
2026.08.29 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla