Yuxarı

Biznesmenə qarşı 185 minlik dələduzluq: 12 il sonra həbs...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biznesmenə qarşı 185 minlik dələduzluq: 12 il sonra həbs...

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramin Rəcəbovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilərək, 11 sentyabr saat 14:30-a təyin olunduğunu elan edib.

Qeyd edək ki, hadisə 12 il əvvəl baş verib.

Səbail rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1962-ci il təvəllüdlü Emin Ramiz oğlu Rəhimov bildirib ki, 2014-cü il martın 15-də Lermantov küçəsi 46 ünvanının qarşısında tanışı 1982-ci il təvəllüdlü Ramin Vaqif oğlu Rəcəbova 185 min 710 manat dəyərində kompüter və digər avadanlıqlar satıb. Şikayətçi Emin Rəhimovun sözlərinə görə, artıq 12 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ramin Rəcəbov aldığı malın pulunu verməyib.

Zərərçəkənin şikayətinə əsasən faktla bağlı cinayət işi açılıb, Ramin Rəcəbov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2026.08.29 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla