Yuxarı

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Artıq ödəniş etmək üçün hər dəfə bank kartını və ya smartfonumuzu çantadan çıxarmağa ehtiyac yoxdur. Azərbaycanda ovuc içi ilə ödəniş texnologiyası tətbiq olunub. Bu sistem ilk baxışdan maraqlı və bir qədər də qeyri-adi görünür. Axı illərdir ödəniş dedikdə ağlımıza nağd pul və ya kart gəlir. İndi isə bütün bunların yerini insanın öz biometrik məlumatı tuta bilər.

Ovuc içi ilə ödənişin əsas üstünlüyü rahatlıqdır. Kartı itirmək, evdə unutmaq problemi yoxdur. Bir neçə saniyə ərzində ödəniş etmək mümkündür. Xüsusilə gündəlik və kiçik alış-verişlər zamanı bu üsul insan üçün daha asan görünə bilər.

Amma məsələ təkcə rahatlıqdan ibarət deyil.

Bəs insanlar biometrik məlumatlarını belə bir sistemə etibar etməyə hazırdırmı?

Kart məlumatlarının oğurlanmasından narahat olan insanlar indi öz biometrik məlumatlarının təhlükəsizliyini düşünməlidirlər. Çünki bank kartını dəyişmək mümkündür, amma biometrik məlumat insanın özünə məxsusdur.

Ovuc içi ilə ödəniş gələcəkdə bank kartlarını tamamilə əvəz edə bilərmi?

Yoxsa insanlar yenə də ənənəvi ödəniş üsullarına üstünlük verəcək?

Axar.az xəbər verir ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bunun, bank kartına olan ehtiyacı tamamilə aradan qaldırmayacağını bildirib.

“Azərbaycanda "PalmPay" kimi ovuc içi ilə ödəniş texnologiyalarının tətbiqi rəqəmsal ödəniş ekosistemində yeni bir mərhələ açsa da, yaxın və orta müddətli dövrdə bank kartlarına olan ehtiyacı tamamilə aradan qaldırmayacaq. Bu sistem ənənəvi kartları sıradan çıxarmaqdan ziyadə, istifadəçilərə daha sürətli və alternativ bir ödəniş kanalı təqdim edir. Ovuc içi ödənişlərin kütləviləşməsi üçün ölkə üzrə bütün ticarət obyektlərində xüsusi biometrik terminalların quraşdırılması tələb olunur ki, bu da müəyyən zaman aparacaq. Ən mühüm məqam isə odur ki, ovuc içi özlüyündə bir hesab deyil, sadəcə identifikasiya alətidir; arxa fonda tranzaksiyalar yenə də istifadəçinin bank hesabına və ya kart infrastrukturuna bağlanaraq icra olunur”, - o qeyd edib.

O hesab edir ki, cəmiyyətin bu yeni texnologiyaya güvənməsi və adaptasiya prosesi isə tədricən tətbiq olunan maarifləndirmə və təhlükəsizlik amillərindən asılı olacaq:

“Vaxtilə təmassız kartlara və ya Apple Pay/Google Pay sistemlərinə qarşı olan ilkin şübhələr zamanla rahatlıq faktoru hesabına aradan qalxdığı kimi, ovuc içi ödənişlərdə də bənzər dinamika müşahidə olunacaq. Dəri altındakı damar naxışlarının gözlə görünməməsi, kopyalanmasının imkansızlığı və canlılıq testi kimi qabaqcıl müdafiə mexanizmləri bu üsulu PİN kodlu plastik kartlardan daha təhlükəsiz edir. İstifadəçilərə biometrik verilənlərin foto kimi deyil, şifrələnmiş riyazi kodlar şəklində qorunduğu aydın izah edildikcə və xidmətin yaratdığı komfort hiss olunduqca, ovuc içi ödənişlərə olan ictimai etibar kəskin şəkildə artacaq”.

Tarix
2026.08.29 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla