Yuxarı

Metroda gedişhaqqı qalxır? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda gedişhaqqı qalxır? – Rəsmi

Bakı Metropoliteni qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyəcək.

Bu sözləri Axar.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metroda gedişhaqqının qalxması barədə yayılan məlumatlara cavab olaraq deyib. Onun sözlərinə görə, gediş qiymətlərinin artırılması ilə bağlı məsələ qurumun gündəliyində deyil:

"Metroda gediş haqqının artırılması, istərsə də güzəşt tətbiqi "Bakı Metropoliteni"nin səlahiyyətində olan məsələ deyil. Əlbəttə, metroda bir sərnişinin daşınmasının maya dəyəri 20 qəpikdən bahadır. Buna baxmayaraq, hökumət tərəfindən hər il Metropolitenə subsidiyalar ayrılır. Bu subsidiyalar hesabına həmin zərər ödənilir. Amma yenə də deyim ki, tarifin artırılması və ya azaldılması birbaşa Tarif Şurasının səlahiyyətində olan məsələdir. Bu məsələ bizdə müzakirə edilmir".

Xatırladaq ki, N.Paşayev metroda bir sərnişinin daşınmasının maya dəyərinin 2016-cı ilin 6 ayının yekunlarına görə, 52,4 qəpik təşkil etdiyini bildirib.

Tarix
2016.10.14 / 14:32
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla