Yuxarı

Sumqayıt qatarında cədvəl dəyişikliyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt qatarında cədvəl dəyişikliyi

Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar oktyabrın 17-dən, müvəqqəti olaraq, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən Axar.az-a verilən məlumata görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:45, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07:45, 08:00, 08:30, 09:30, 10:30 , 16:55, 18:35 və 19:30 -da yola düşəcək.

Bundan başqa, hər şənbə, bazar və bayram günləri Bakıdan 07:40, 08:15, 08:45 və Sumqayıtdan 06:50, 07:20, 07:45-də yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.

QSC-dən bildirilib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Tarix
2016.10.14 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla