Yuxarı

Sumqayıtda yeni zavod tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda yeni zavod tikilir

Sumqayıt Kimya Sənaye Parkında sənaye parkının rezidenti olan AzerFloat QSC və Almaniyanın "HORN Glass Industries AG" şirkəti arasında saziş imzalanıb.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın "HORN Glass Industries AG" şirkəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılacaq şüşə lövhələri istehsalı müəssisəsinin layihələndirilməsini həyata keçirəcək, müəssisəni müasir avadanlıqlar və texnologiyalarla təchiz edəcək.

AzerFloat QSC şirkəti Sumqayıt Kimya Sənaye Parkında "Float" texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələr istehsalını təşkil edəcək. Layihə çərçivəsində ildə 8 mln. kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsal etmək gücündə olan Vərəqə Şüşə İstehsalı Zavodu inşa ediləcək, 150 nəfər işlə təmin olunacaq.

Ümumi investisiya dəyəri 89 mln. avro təşkil edən layihənin 2018-ci ilin sonuna istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin olunur. "AzerFloat" QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

Tarix
2016.10.15 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla