Yuxarı

24 ildir Azərbaycan vətəndaşı ola bilmir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
24 ildir Azərbaycan vətəndaşı ola bilmir - Video

24 ildir ki, Qobustanın Xilmilli kəndində yaşayan Faiq Haqverdiyev Azərbaycan vətəndaşlığı ala bilmir.

ARB TV xəbər verir ki, o, 1982-ci ildə Gürcüstan respublikasının Dmanisi rayonunda doğulub. 10 yaşı olarkən Azərbaycana köç edib və orta təhsilini də burada alıb.

Faiq bu müddət ərzində Azərbaycan vətəndaşı olduğunu təsdiq edən hər hansı bir sənədə sahib ola bilməyib. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, 24 ildir ki, problemi həll olunmayıb.

Nə qədər qəribə olsa da, vətəndaşlıq ala bilməyən Faiq 2000-ci ildə həqiqi hərbi xidmətə göndərilib. Onun iddiasına görə, Qobustan rayon Hərbi Komisarlığına çağırılarkən əlində yalnız doğum haqqında şəhadətnamə olub ki, bu da ona Gürcüstan respublikası tərəfindən verilib.

Vətəndaşlıq ala bilməməsi Faiq Haqverdiyevin ailəsi üçün problem yaradır. 14 il əvvəl ailə qurmasına baxmayaraq, hələ də rəsmi nikah bağlaya bilməyib. Ən böyük problem isə övladları ilə bağlıdır. Cütlüyün 2 övladı 7 və 5-ci sinifdə oxuyur. Sənədlərin olmaması səbəbində onların təhsili 9-cu sinifdən etibarən məhdudlaşdırılacaq.

Məsələ ilə bağlı Qobustan rayon Polis Şöbəsinin qeydiyyat bölməsi ilə əlaqə saxladıq. Bizə bildirildi ki, sözü gedən şəxslərin problemi haqqında məlumatlıdırlar. Onların şəxsiyyət vəsiqəsi ilə təmin olunması yalnız dövlət miqrasiya idarəsi tərəfindən həyata keçirilə bilər. "Vətəndaşlıq mənsubiyyətinin tanıması" barədə sənəd Qobustan rayon Polis Şöbəsinin Qeydiyyat bölməsinə təqdim olunduğu təqdirdə ona şəxsiyyət vəsiqəsi veriləcək. Gürcüstan vətəndaşılığını qəbul etmək istədikləri halda isə bu ölkənin səfirliyinə müraciət edərək "Ölkədən çıxma vərəqəsi" alaraq geri qayıda bilər.

Tarix
2016.10.16 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla