Yuxarı

Erkən qış rejiminə keçirilə bilərmi? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erkən qış rejiminə keçirilə bilərmi? - Video

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Bir sıra dağlıq və dağaətəyi rayonlarda isə sulu qar və qar yağacaq.

Tempraturun kəskin aşağı düşməsi isə paytaxtda vətəndaşları indidən istilik sistemlərini qoşmağa vadar edib. Evlərində kombi sistemi olanlar bunu etsə də, mərkəzi istitmə sistenminə qoşulu olan mənzillərdə yaşayanlar müxtəlif çıxış yolları axtarır. Bu isə erkən qış rejiminə keçmək məsələsini gündəmə gətirir. Bəs görəsən erkən qış resiminə keçilə bilərmi?

Məsələ ilə bağlı Azəristiliktəhcizat Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Xezerxeber-ə bildirib ki, erkən qış rejiminə keçid birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mümkündür. Bu qərar təkcə Azəristiliktəhcizata yox, eyni zamanda Azəriqaz və Azərişığa da şamil edilir.

Ümumilikdə isə erkən qış rejiminə keçidin əsas şərti 3 gün ard-arda sutkalıq orta temperaturun 6 dərəcədən aşağı olmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə verilən məlumata görə, havanın tempraturu həftənin ilk günündə gündüz 9, gecə isə 7 dərəcə isti təşkil edəcək. Belə çıxır ki, sutkalıq orta tempraturun 6 dərəcədən aşağı düşməsi hələ gözlənilmir.

Tarix
2016.10.16 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla