Yuxarı

Azərbaycanlını öldürən erməninin oğru adı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlını öldürən erməninin oğru adı alındı

Azərbaycanlının (onun kimliyi barədə bir qədər sonra ətraflı məlumat verəcəyik) qətlində günahlandırılan erməni Artyom Arakelyan "qanuni oğru" adından məhrum edilib.

Musavat com xəbər verir ki, kriminal aləmdə Artyom Lipetskiy kimi tanınan erməni "qanuni oğru" titulunu hazırda saxlanıldığı, xalq arasında "Butırka" kimi tanınan 2 saylı Müvəqqəti İstintaq Təcridxanasında itirib.

Məlumatda deyilir ki, vaxtilə Aslan Usoyanın ("Ded Xasan") taclandırdığı erməni təcridxanada Rusiyanın cinayət aləmində məşhur olan iki qanuni oğru ilə söhbətdən sonra "soyundurulub". Maraqlıdır ki, ermənin qanuni oğru olmadığını sübuta yetirənlərdən biri də elə ermənidir. Məlumda bildirilir ki, təcridxanada olan qanuni oğrular - Sergey Asatryan və Levan Paradze ermənini sorğu-sual ediblər. Məlum olub ki, onun kriminal aləmdən bildikləri yalnız mətbuatda dərc edilmiş statistik məlumatlardır.

Məhz bu statistik məlumatları leksikonunda ustalıqla işlədən Artyom Arakelyan təcridxanada qanuni oğrunun üstünlüklərindən yararlanıb. Azərbaycanlının qatilinin əslində "heç kim" olduğu sübuta yetirildikdən sonra qanuni oğrular onu təcridxanada aşağılayıblar, döyüb-təpikləyiblər.

A.Arakelyan 2011-ci ildə Lipetski vilayətinin Çaplıqın şəhərində azərbaycanlını vəhşicəsinə öldürüməkdə ittiham olunur. Rusiya mənbələri iddia edir ki, 2011-ci ilin dekabrında A.Arakelyanın öldürdüyü Abbas Abbasov Çaplıqın şəhərində "smotryayuşiy" olub. Abbas Abbasov erməninin bizneslə məşğul olması səbəbindən "oğru" adı almağı haqq etmədiyini açıqlamaq istədiyi üçün öldürülüb. Çünki yazılmamış qanunlara görə, qanuni oğrunun biznesi olmamalıdır. Əvvəl A.Abbasovu qorxutmaq istəyən Arekalyan "qanuni oğru" adı alacağı ərəfədə ifşa olunacağından qorxub. Bu səbəbdən 2011-ci ilin dekabrında "söhbət"ə çağırdığı adamı güllələyib. O, qətlin məsuliyyətini digərləri ilə bölüşmək üçün yanındakı adamlara da artıq ölmüş azərbaycanlının cəsədinə güllə vurmağı əmr edib. Bundan sonra isə cəsədi Moskva yaxınlığındakı kəndin kanalizasiya kollektoruna atıblar.

Hadisədən yarım il sonra isə Ded Xasan azərbaycanlının qatilinə "qanuni oğru" adı verib. Özünün geydirmə qanuni oğru adı daşımasına baxmayaraq, o, Ded Xasanın ətrafında olan bir neçə nəfərin taclandırılmasında şəxsən iştirak edib.

Artyom törətdiyi cinayətə görə hələ Ded Xasanın sağlığında 2013-cü ildə ələ keçib. Özü və onunla bərabər həbs edilənlər qətli ört-basdır etmək üçün maddi imkanlarından yararlanmaq istəyiblər, hətta bu işdən qurtulmağa çox yaxın da olublar. Amma iki uşağı yetim qalan Abbas Abbasovun valideynləri Rusiya İstintaq Komitəsinin rəhbəri general Aleksandr Bastrıkinlə şəxsən görüşə biliblər. Bundan sonra isə Bastrıkin işi aparan istintaqçılara şəxsən tapşırıq verib ki, əgər günahkarlar müttəhimlər kürsüsündə oturmasalar, onların yerinə özləri oturmalı olacaqlar...

Tarix
2016.10.17 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla