Yuxarı

Bakıda yollara nəzərət gücləndirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yollara nəzərət gücləndirildi

Ötən gün axşam saatlarından başlayan yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin bəzi küçə və prospektlərində avtomibillərin hərəkətində sıxlıq müşahidə edilir. Mövcud vəziyyəti nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.

Agentlikdən Axar.az-a verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda maksimal hərəkət sürətinin məhdudiyyəti aşağı salınıb. Qeyd edilən avtomagistrallarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Belə ki, 120 km/saat-dan 100 km/saata, 100 km/saat-dan 80 km/saata, 80 km/saatdan 60 km/saata endirilib. Bununla yanaşı, faktiki hava şəraiti səbəbindən yollarda yaranan tıxacların minimuma endirilməsi, nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə yollara nəzərət gücləndirilib.

Gün ərzində sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin iş yerinə və istədikləri məkana vaxtında, rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. Bütün daşıyıcılara tapşırılıb ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidirlər. Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır. Göstərişə əməl etməyən daşıyıcılara qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək. Vətəndaşlardan xahiş edilir ki, ictimai nəqliyyatda qarşılaşdıqları hər hansı qayda pozuntusu ilə bağlı "Alo 141" Çağrı Mərkəzinə müraciət etsinlər.

Tarix
2016.10.17 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla