Yuxarı

Kanalizasiyalar niyə fontan vurur? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanalizasiyalar niyə fontan vurur? - Rəsmi

Bakıda yağan intensiv yağışın fəsadlarının aradan qaldırılması üçün operativ işlər görülür.

Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı Report-a açıqlamasında bildirib ki, hazırda "Azərsu"nun, Fövqəladə Hallar Nazirliyinin və "Azəravtoyol"un rəsmiləri fəsadların baş verdiyi ərazilərdədirlər:

"İntensiv yağışlar nəticəsində müəyyən küçələrdə, xüsusən də Biləcəri qəsəbəsinin bəzi hissələrində, Ziya Bünyadov prospektində, Yeni Yasamaldakı küçələrdə su yığılmaları müşahidə olunur. Yağıntılar intensiv olduqda kanalizasiya şəbəkələri artıq suyu axıda bilmir və kənarda su gölməçələri yaranır. "Azərsu"nun xüsusi texnikaları və FHN-in yanğınsöndürənləri fəsadları aradan qaldırmağa çalışır".

A.Cəbrayıllı Bakının bəzi yerlərində kanalizasiya lyuklərinin fontan vurmasına da münasibət bildirib. O deyib ki, küçələrdəki çirkab suları və digər tullantılar birbaşa kanalizayaya şəbəkəsinə axıdılır:

"Bununla da şəbəkə intensiv yağışlar zamanı tam yüklənir. Haradakı aşağı çökək nöqtələr varsa su ora yığılır və şəbəkə tam gücü ilə işləsə belə, çatdıra bilmir. Ona görə də qapaqlar kənara atılır. Belə hallar Biləcəri qəsəbəsində, Ziya Bünyadov prospektində və bir neçə ünvanda qeydə alınıb. Bu da xəttin tutulması ilə bağlı deyil. Sadəcə xətt dolur və qarşısı aparmır təzyiqdən qapaq atır".

Tarix
2016.10.17 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla