Yuxarı

Turistlərimizin ən çox ziyarət etdiyi şəhər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turistlərimizin ən çox ziyarət etdiyi şəhər...

Azərbaycan turistlərinin ən sevimli istiqamətlərindən biri olan Dubay Orta Şərq və Afrika regionunda ən çox ziyarət edilən şəhər olub və qlobal reytinqdə dördüncü yerdə qərarlaşıb.

Axar.az xəbər verir ki, bu barədə "Masterkard" şirkətinin dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən "Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi" ("Global Destinations Cities Index") adlı hesabatında dərc edilib.

Hesabata əsasən, Əbu-Dabi 81 faizlik artım tempi ilə regionda ən sürətlə inkişaf edən şəhər olaraq dəyərləndirilib. Bu, Birləşmiş Ərəb Əmirliyini həm ən çox ziyarət edilən, həm də sürətlə inkişaf edən ölkələr sırasında ardıcıl olaraq iki il birinci yerdə saxlayır.

Turistlər tərəfindən 2016-cı ildə ən çox ziyarət edilən şəhər Bankok olub. Onun ardınca siyahıda London və Paris yer alır.

Hesabata ən çox ziyarət olunan 132 ölkə üzrə təhlil daxildir ki, burada 2016-cı ildə müxtəlif şəhərlərə səyahət edən turistlərin ümumi sayını, xərclərini və insanların necə səyahət etdiyi və nə qədər pul xərclədikləri əks olunur. Turistlər Dubayda 31,3 milyard ABŞ dolları xərcləyiblər. Londonda bu il turistlər tərəfindən cəmi 19 milyard dollar xərclənəcəyi proqnozlaşdırılır.

Araşdırma ilk dəfə olaraq səyahətlərin biznes və ya turizm məqsədli olmasını təhlil edir və beynəlxalq ziyarətçilərin qidalanma, yerləşmə və alış-veriş də daxil olmaqla xərcləmə vərdişləri haqqında məlumatları nəzərə alır. 2016-cı ilin hesabatı onu göstərir ki, TOP-20 şəhər üzrə (Şanxay istisna olmaqla) insanlar ən çox turizm məqsədilə səyahət edirlər. Bu şəhərləri ziyarət edən turistlər qidalanma ilə müqayisədə ən çox alış-veriş üçün pul xərcləyirlər. Amsterdam, Barselona, İstanbul, Milan, Paris, Praqa və Vyana kimi Avropa şəhərlərində isə qidalanmaya xərclənən vəsait üstünlük təşkil edir.

Eyni zamanda, hesabat hər region üzrə top-istiqamətləri də müəyyənləşdirib. Asiya və Sakit okean regionu həm qlobal TOP-onluğa, həm də 10 ən sürətlə inkişaf edən şəhərlər siyahısına liderlik edir. Paris, İstanbul, Barselona və Amsterdam kimi şəhərləri geridə qoyan London siyahıda dünya üzrə ikinci, Avropa üzrə isə birinci yerdə qərarlaşır. Latın Amerikası regionunda isə Lima şəhəri 4,03 milyon turistlə ən çox səyahət edilən və dinamik inkişaf edən şəhərlər siyahısına başçılıq edir. Buna baxmayaraq, ziyarətçilərin xərclədikləri vəsaitin həcminə görə sıralama dəyişir: Punta-Kana (Dominikan Respublikası) 2,95 milyard dollar göstərici ilə regionda birincidir, onun ardınca Mexiko şəhəri gəlir (2,27 milyard dollar).

Tarix
2016.10.17 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla