Yuxarı

Əmanətçilərə 407 milyon ödənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə 407 milyon ödənildi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 17 oktyabr 2016-cı il tarixdə Parabank ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 50 mln. 974 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 17 mln. 979 min manat və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Axar.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 mln. 623 min manatdan artıq kompensasiya verilib.

Həmin dövrdə Atrabank ASC-nin qorunan əmanətçilərinə 13 mln. 902 min manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 748 min manatdan artıq kompensasiya ödənişi edilib.

Ötən gün Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya verilib.

17 oktyabr 2016-cı il tarixdə Bank Standard QSC-nin qorunan əmanətçilərinə 141 mln. 430 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 10 bank üzrə 406 mln. 839 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.10.18 / 10:30
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla