Yuxarı

Toxumları toyda almışam - Narkotik əkən şəxs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toxumları toyda almışam - Narkotik əkən şəxs

Həyətində narkotik vasitə əkən şəxs məhkəmədə əməlini etiraf edib. O, narkotik vasitə istifadəçisi olduğu üçün atasının evinin həyətyanı sahəsində narkotik bitkilər əkdiyini söyləyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Arif Soltanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttiham aktı üzrə özünü təqsirli bilən A.Soltanov narkotik bitkilərin toxumlarını Nardaran və Maştağa qəsəbələrində olduğu toy məclislərində tanışlarından əldə etdiyini bildirib.

Məhkəmədə şahid və hal şahidləri ifadə veriblər. Təqsirləndirilən şəxs şahidlərin və hal şahidinin dediklərini təsdiqləyib.

Məhkəmədə məlum olub ki, A.Soltanov Nardaranda ata evinin həyətyanı sahəsində 93 ədəd narkotik bitkilər əkib.

A.Soltanov Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmək) maddəsi ilə ittiham olunur.

Tarix
2016.10.18 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla