Yuxarı

Əmanətçilərə 461 milyon ödənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə 461 milyon ödənildi

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 18 oktyabr 2016-cı il tarixdə Parabank ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 50 mln. 976 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 716 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Axar.az-a verilən məlumata görə, 18 oktyabr 2016-cı il tarixdə Atrabank ASC-nin qorunan əmanətçilərinə 13 mln. 936 min manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 812 min manatdan artıq kompensasiya ödənilib.

18 oktyabr 2016-cı il tarixdə Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

18 sentyabr 2016-cı il tarixə Bank Standard QSC-nin qorunan əmanətçilərinə 195 mln. 423 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 460 mln. 889 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.10.19 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla