Yuxarı

Dəhşətli qətlin təfərrüatı: “Uşaqlar qorxduğundan...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qətlin təfərrüatı: “Uşaqlar qorxduğundan...”

Balakəndə əri tərəfindən döyülərək qətlə yetirilən 52 yaşlı qadının ölümünün bəzi təfərrüatı məlum olub.

Balakən rayonunun Poçtbinə kəndinin sakinlərinin Aznyus.az-a verdiyi məlumata görə, Kainat Çobanovanın qətlində ittiham olunan Zeynal Çobanov tüfeyli həyat tərzi yaşayıb:

"Hadisəni eşidən kimi onlara getdik, Zeynal Çobanovla danışdıq. Olanları boynuna götürmədi. Hətta o, həmin vaxt həyətindəki kənd camaatına dedi ki, həyat yoldaşı dərman içib ölüb. Amma sonradan eşitdik ki, o, Kainatı yumruq və təpiklə vuraraq öldürüb. O, bu əməlini hüquq-mühafizə orqanlarına etiraf edib. Heç yerdə işləməyib. Tüfeyli həyat sürürdü. Orda-burda küllənən adam idi. Zeynal Kainatı döyəndə uşaqlar da evdə olub. Amma uşaqlar atasından qorxduğundan səsini çıxara bilməyib".

Sakinlər deyir ki, ailəni K.Çobanova dolandırırmış: "Həyat yoldaşı onun-bunun evində işləyirdi. Aldığı pulla birtəhər dolanırdılar".

Qeyd edək ki, Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib. Poçtbinə kənd sakini, 1964-cü il təvəllüdlü Kainat Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Balakən Prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.10.19 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla