Yuxarı

Metropoliten öz işçilərinə təlim keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metropoliten öz işçilərinə təlim keçdi

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin insan resursları şöbəsinin əməkdaşlarına əmək qanunvericiliyi və kadr işinin təşkilinə dair bir aylıq təlim keçirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Axar.az-a verdiyi məlumata görə, təlimin təşkil olunmasında məqsəd insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Müəssisənin təlim-tədris mərkəzində "Əmək qanunvericiliyi və kadr işinin təşkili" mövzusunda 20 saatlıq praktiki təlimi bu sahə üzrə ixtisaslı mütəxəssis Rauf Məmmədov keçib. Təlimdə əmək qanunvericiliyi, BƏT konvensiyalarının Azərbaycan əmək qanunvericiliyində yeri, işçinin və işəgötürənin hüquq və vəzifələri, əmək qanunvericiliyinin pozulmasına görə cərimələr, kollektiv müqavilə, əmək müqaviləsi, intizam tənbehi və verilmə qaydası, şəxsi işlərin saxlanması və istifadə qaydaları, məşğulluq hesabatları, iş və istirahət vaxtı işçinin əmək haqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək haqqının hesablanması, insan resurslarına dair tələblərin müəyyənləşdirilməsi və insan resurslarının effektiv idarə olunması ilə bağlı digər mövzular müzakirə olunub.

İnsan resursları şöbəsinin təlimi müvəffəqiyyətlə bitirən əməkdaşlarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin rəhbərliyi əməkdaşlarının peşəkarlığının artırılmasını daim diqqət mərkəzində saxlayır. Müəssisənin müxtəlif sahələrində çalışan əməkdaşları ilə yanaşı, kadr sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşə hazırlığının təkmilləşdirilməsi, o cümlədən iş təcrübəsinin yüksəldilməsi məqsədilə mütəmadi seminar və təlimlər təşkil olunur.

Tarix
2016.10.19 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla