Yuxarı

Almaniyada erməni təxribatının qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada erməni təxribatının qarşısı alındı

Frankfurt beynəlxalq kitab sərgisində erməni təxribatının qarşısı alınıb.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, sərginin açılışında hər il olduğu kimi, Ermənistan stendi nəzərdən keçirilir, Azərbaycanın haqlı mövqeyinə, milli tarixinə zidd təbliğatın qarşısının alınması üçün lazımi addımlar atılır: "Həmişə olduğu kimi, bu dəfə də Ermənistan stendinə baxılıb, tarixi, faktiki Azərbaycan və Türkiyə torpaqlarının Ermənistan ərazisi kimi göstərildiyi xəritələr barədə Azərbaycanın Almaniyadakı səfirliyinə məlumat verilib. Məsələ ilə bağlı Frankfurt Kitab Sərgisinin Təşkilat Komitəsi ilə Azərbaycan stendində görüş keçirilib, Azərbaycan tərəfinin etirazı komitənin diqqətinə çatdırılıb. Bu kimi halların təkrarlanmaması üçün təşkilat tərəfindən erməni tərəfinə lazımi xəbərdarlığın olunması və digər işlərin görülməsi xahiş edilib. Azərbaycan tərəfinin haqlı etirazına əsasən qeyd olunan xəritələr erməni stendindən yığışdırılıb".

V. Şixəmmədov əlavə edib ki, səfərdən öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Frankfurt Kitab Sərgisinin Təşkilat Komitəsinin rəhbərinə Qarabağ məsələsi ilə bağlı məktub göndərilib: "Sərginin növbəti günlərində belə təxribatların davam edəcəyi istisna olunmur, lakin bu məsələ həm nazirliyin, həm də Azərbaycanın Almaniyadakı nümayəndəliyinin əməkdaşları tərəfindən diqqətdə saxlanılacaq".

Tarix
2016.10.20 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla