Yuxarı

FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olundu

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (RM) tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə, Mərkəzin əməkdaşları Hərbi Memorial Məzarlığı ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib.

Silsilə tədbirlər çərçivəsində paytaxtın Nərimanov rayonu ərazisində Nərimanov bələdiyyəsi tərəfindən Bakı RM üçün ayrılmış yaşıllıq zolağında ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Daha sonra Regional Mərkəzdə təşkil olunmuş anım tədbirində Bakı RM-nin rəisi polkovnik Elnur Məhərrəmov, Milli Məclisin deputatı Aydın Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, Vətən müharibəsi iştirakçıları və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisi polkovnik Elnur Məhərrəmov cəmi 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qüdrətli Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qazanılan misilsiz Qələbənin əhəmiyyətindən danışıb.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatıb, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.

Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tarix
2026.09.25 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla