Yuxarı

Fond 527 milyon ödədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond 527 milyon ödədi

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə verilən kompensasiyaların həcmini açıqlayıb.

Fonddan Axar.az-a verilən məlumata görə, 20 oktyabr 2016-cı il tarixdə Parabank ASC-nin qorunan əmanətçilərinə 32 mln. 821 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 50 mln. 980 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 721 min manatdan artıq kompensasiya verilib.

Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 mln. manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. İki bank üzrə ümumilikdə 15 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.

Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya verilib. Üç bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Bank Standard QSC-nin qorunan əmanətçilərinə 261 mln. 624 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 527 mln. 259 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.10.21 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla