Yuxarı

Bakının əsas prospektində dəyişiklik - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının əsas prospektində dəyişiklik - Foto

Ziya Bünyadov və Heydər Əliyev prospektinin kəsişməsində avtonəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə (Böyükşor Qovşağı) son zamanlar müşahidə olunan tıxacların yaranma səbəblərinin araşdırılması məqsədi ilə aidiyyatı qurumların və Azəravtoyol ASC-nin mütəxəssisləri tərəfindən yerində müayinə aparılıb və müəyyən edilib ki, nəqliyyat vasitələrinin Atletlər kəndindən Ziya Bünyadov prospektinə və Ziya Bünyadov prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinin zolaqdan-zolağa yerdəyişmələrinin tənzimlənməsi üçün hərəkətin təşkilində dəyişiklik edilərək, mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə dəmir-beton arakəsmə ilə ayırıcı zolağın tikintisinə ehtiyac var.

Sözügedən ərazidə nəqliyyat sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi məqsədilə hərəkətin təşkilində dəyişiklik edilməsi ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət olunub. Sözügedən ərazidə mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə 132 metr uzunluğunda dəmir-beton arakəsmələrdən ibarət ayırıcı zolağın qanunvericiliyin Tikinti Norma və Qaydalarının (TN və Q-2.05.02-85) tələblərinə uyğun tikintisi aparılıb.

Azəravtoyol ASC tərəfindən atılmış məqsədyönlü addımlar avtonəqliyyat axınına müsbət təsir edib.

Tarix
2016.10.21 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla