Yuxarı

Sərnişinlərin diqqətinə: Daha bir marşrutda yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərnişinlərin diqqətinə: Daha bir marşrutda yenilik

Yaxın vaxtlarda 88 nömrəli marşrutda gediş haqqının ödənilməsi "BakıKart" vasitəsilə həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində xidmət səviyyəsini artıran, nağdsız ödəniş sisteminə qoşulan daşıyıcılara xüsusi önəm verilir. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir.

N.Allahyarovanın sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi "BakıKart" vasitəsilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir.

Tarix
2016.10.21 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Bakıya qarşı kampaniya: BMT-də nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla