Yuxarı

Azərbaycanla əlaqələrimiz yaxşı səviyyədədir - İran

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla əlaqələrimiz yaxşı səviyyədədir - İran

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə İran İslam Respublikası Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi üzrə texniki təminat" sənədinin imzalanması iki ölkənin gömrük orqanlarını vahid bir sistemdə birləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri İran Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasian Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci görüşündən sonra yerli mətbuata açıqlamasında deyib.

İdarə rəhbəri bildirib ki, bu sənədin imzalanması ilə iki ölkə arasındakı ticarət mübadiləsi asanlaşacaq, gömrük sənədlərinin rəsmiləşdirilməsi sürətlənəcək.

M.Kərbasian qeyd edib ki, iki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsi ilə bağlı işlər davam edir. Bu yolla İran Azərbaycan vasitəsilə Avropaya çıxış imkanı əldə edəcək. İki ölkə arasındakı yük daşımaların, o cümlədən tranzit daşımaların həcmi artacaq. Bu baxımdan dəmir yolu xətlərinin birləşməsi olduqca vacibdir. Hər iki ölkə ticarət dövriyyəsinin artmasında maraqlıdır. Hər iki ölkənin Prezidenti əlaqələrin inkişafında israrlıdır. Hazırda iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Biz qonşu Azərbaycanla əlaqələri əməldə inkişaf etdirməkdə maraqlıyıq.

Xatırladaq ki, oktyabrın 19-da Tehranda İƏT-ə üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci görüşü keçirilib. Görüş çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə İran Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi üzrə texniki təminat" sənədi imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və İran Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasian imzalayıblar.

Tarix
2016.10.21 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla