Yuxarı

Nazirlər Kabinetindən yeni qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlər Kabinetindən yeni qərar

Nazirlər Kabineti "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, dəyişiklik kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibi ilə bağlıdır.

Dəyişikliyə əsasən mühasibat balansı kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibindən çıxarılıb. Bunun əvəzində kommersiya təşkilatları maliyyə vəziyyəti haqında hesabat təqdim etməlidirlər. Eyni zamanda kommersiya təşkilatları artıq mənfəət və zərər haqqında hesabat deyil, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat verməlidirlər.

Kommersiya təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkibinə daxil olan digər 3 hesabat forması dəyişməyib və bundan sonra da qüvvədə olacaq. Bura kapitalda dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar, o cümlədən əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər daxildir.

Qeyd edək ki, kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin məlumatları isə Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Tarix
2016.10.22 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla