Yuxarı

Bakıda xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda xalq artistinin oğlu döyüldü, çənəsi sındırıldı - Video

Azərbaycanın xalq artisti, mərhum Yuri Baliyevin oğlu Artur Baliyev Bakıda bir neçə nəfər tərəfindən döyülüb.

Axar.az xəbər verir ki, Bakupost-a müraciət edən Artur Baliyev və anası, əməkdar artist Nataliya Baliyeva işin obyektiv araşdırılmadığından narazıdırlar.

İnsidentin avtomobildə yaranmış cızıqla bağlı başladığı bildirilir. İddiaya görə, Nataliya Baliyevanın idarə etdiyi avtomobilin başqa maşına toxunaraq onu cızdığı deyilib və məsələni aydınlaşdırmaq üçün Artur Baliyev hadisə yerinə - qonşu həyətə çağırılıb.

Artur Baliyev bildirib ki, anası ilə birlikdə hadisə yerinə gedib və qarşı tərəfə məsələnin polis və sığorta şirkəti vasitəsilə araşdırılmasını təklif edib:

“Dedim ki, əgər araşdırma nəticəsində anamın günahı müəyyənləşsə, dəymiş zərəri ödəməyə hazırıq. Amma bununla razılaşmadılar”.

Şikayətçinin sözlərinə görə, mübahisə zamanı hadisə yerinə daha bir neçə nəfər gəlib və bundan sonra ona fiziki güc tətbiq olunub.

“Yerə yıxıldım və bir neçə nəfər məni vurmağa başladı. Zərbələr əsasən üzümə, gözümə və bədənimə dəyirdi. Bir nəfər isə sinəmin üstündə oturaraq qalxmağıma imkan vermirdi”, – Artur Baliyev deyib.

Onun sözlərinə görə, bütün bu hadisələr anasının gözü qarşısında baş verib. Artur Baliyev daha sonra polisə və təcili tibbi yardıma özü zəng etdiyini bildirib.

Şikayətçi ərazidə şahidlərin və müşahidə kameralarının olduğunu desə də, sonradan həmin kameralardan hadisəni əks etdirən görüntülərin əldə edilmədiyini qeyd edib.

Ailənin məlumatına görə, təcili yardım briqadası Artur Baliyevə ilkin tibbi yardım göstərib. O, daha sonra Kliniki Tibbi Mərkəzə aparılıb və 4 gün xəstəxanada müalicə olunub.

Hadisə Binəqədi Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırıldıqdan sonra materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zamiq Bağırovun baxdığı bildirilir.

Baliyevlər deyirlər ki, məhkəmə mərhələsində məhkəmə-tibbi ekspertizasının Artur Baliyevin xəsarətlərini yüngül dərəcəli qiymətləndirdiyini öyrəniblər. Ailə həmçinin hadisədə bir neçə nəfərin iştirak etdiyini, məhkəməyə isə yalnız bir nəfərin çıxarıldığını bildirir.

Artur Baliyevin sözlərinə görə, həmin şəxs 2002-ci il təvəllüdlü Turxan Ramin oğlu Zeynalovdur.

Şikayətçi qarşı tərəfin hadisə ilə bağlı fərqli ifadə verdiyini, ona yalnız şillə vurulduğunun bildirildiyini deyir.

“Biz bununla razı deyilik. Mən 4 gün xəstəxanada qalmışam, müxtəlif müayinələrdən keçmişəm. Yuxarı çənəmin sınığına görə uzun müddət müalicə almışam, bir gözümdə isə hələ də görmə ilə bağlı problem var”, – Artur Baliyev bildirib.

Baliyevlər hadisənin bütün iştirakçılarının müəyyənləşdirilməsini, məhkəmə-tibbi ekspertizasının rəyinin yenidən və obyektiv qiymətləndirilməsini, eləcə də iş üzrə bütün sübutların araşdırılmasını istəyirlər.

Ailə məsələnin nəzarətə götürülməsi və ədalətli araşdırılması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini bildirib.

Tarix
2026.10.01 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla