Yuxarı

Anar Əliyev Türkiyə rəsmiləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Türkiyə rəsmiləri ilə görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib.

Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi əmək və sosial müdafiə sahəsində əməkdaşlığın da daim inkişaf etdiyini və getdikcə genişlənməkdə olduğunu qeyd edib.

Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatların nailiyyətləri barədə məlumat verən nazir bu islahatlar prosesində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

İki nazirlik arasında Birgə Daimi Komissiya tərəfindən əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün aparılan məqsədyönlü işlərin əhəmiyyəti diqqətə çatdırılıb. Müntəzəm təmasların və qarşılıqlı səfərlərin əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyi bildirilib.

Adnan Ertem əməkdaşlığın daim inkişaf etməsinin və genişlənməsinin məmnunluq doğurduğunu, təcrübə mübadilələrinin aparılmasının önəmini qeyd edib.

Görüşdə iki nazirlik arasında əməkdaşlıq gündəliyi, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tarix
2026.10.05 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmi Mənsimovundur – Təcili

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla