Yuxarı

Azərbaycanda güclü külək xəbərdarlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda güclü külək xəbərdarlığı

Azərbaycan ərazisində bu axşamdan gecəyə doğru güclü külək əsməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 12-si axşam saatlarından respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Martın 13-dən martın 14-ü gündüzədək ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.

Ötən günlərlə müqayisədə martın 13-də ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək. Bu axşamdan gecəyə doğru küləyin güclənəcəyi gözlənilir. Güclü külək martın 13-ü günün ikinci yarısınadək davam edəcək.

Bakıda və Abşeron yarımadasında bu gün havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti olduğu halda, sabah temperatur 5-7 dərəcədən yüksək olmayacaq.

Aran rayonlarında martın 13-də havanın temperaturunun gündüz saatlarında 5-10 dərəcə, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimalı var. Gözlənilən hava şəraiti mart ayı üçün normal sayılır.

Martın 15-dən isə ölkə ərazisində havanın temperaturu yüksələcək ( Trend ).

Tarix
2014.03.12 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla