Yuxarı

Hüquq müdafiəçisini vurub qızı qaçırdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüquq müdafiəçisini vurub qızı qaçırdılar

Hüquq müdafiəçisi Oktay İsgəndərlini maşın vurub.

Axar.az xəbər verir ki, hadisə Göyçay rayonunun Məhəmməd Əmin Rəsulzadə küçəsində baş verib.

O.İsgəndərli VAZ-2107 markalı, 23 BH 054 dövlət nömrə nişanlı maşından düşən 2 cavanın yoldan keçən qızlara hücum etdiyinin şahidi olub.

Həmin gənclər qızlardan birini vuraraq yerə yıxıb, digərini isə zorla maşına mindiriblər. Həmin vaxt hüquq müdafiəçisi maşının qabağını kəsərək qızın azad olunmasına çalışıb. Lakin sürücü manevr edərək onu vurub.

O.İsgəndərli baş vermiş olay haqda polisə xəbər verib. Az əvvəl həmin maşın Bakı Kürdəmir magistralında saxlanılıb. Maşının sükanı arxasında olan şəxsin Göyçayın Kürdşaban kənd sakini olduğu bildirilir.

Tarix
2016.10.24 / 17:21
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla