Yuxarı

Astarada narkotik dövriyyəsi - 30 ilin məhkumu/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astarada narkotik dövriyyəsi - 30 ilin məhkumu/Foto

Astara rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər zərərsizləşdirilib.

Bu barədə APA-ya Astara Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elman Quliyev məlumat verib.

Onun sözlərinə görə, İran İslam Respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbər Cahanbəxş oğlu Şəfəqniya tamah məqsədi ilə narkotik vasitə olan həşiş qətranının satışını təşkil etmək məqsədilə əldə etdiyi 3751,40 qram həşiş qətranını dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar ərazidə yerləşən Azərbaycanın Astara rayonunun Züngüləş kəndinə keçərək narkotik maddəni Astara şəhər sakini Əhliman İman oğlu İmanzadəyə verib.

Əməliyyat məlumatına müvafiq olaraq polis əməkdaşları Əhliman İmanzadənin yaşadığı evə gələrək, onun mənzilinin zirzəmisindən 6 bükümdə, ümumi çəkisi 3715,0 qram həşiş qətranını aşkarlayaraq götürüblər. Həmçinin Əkbər Şəfəqniya və Əhliman İmanzadə tutularaq istintaq orqanlarına təhvil verilib.

Araşdırmalardan Əkbər Şəfəqniyanın eyni əməllərə görə 9 il, Əhliman İmanzadənin isə üst-üstə 30 il məhkumluq həyatı yaşadıqları məlum olub.

Astara Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.10.25 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla