Yuxarı

Şişirdilmiş borc bağlanıb - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şişirdilmiş borc bağlanıb - Nazirlik

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində maliyyə intizamının gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

APA xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdən yığılmış borclar tədiyyə edilib və onların restrukturizasiyası aparılıb: "Sözügedən proseslər nəticəsində bir sıra şişirdilmiş borclar mövcudluğu aşkar edilib, aparılan danışıqlar nəticəsində həmin borclar azaldılıb. Belə ki, "Huawei", "ZTE" və bir sıra şirkətlərlə bağlanmış müqavilələr üzrə yığılmış kreditor borclarında endirimlər edilməsi üçün aparılmış danışıqlar nəticəsində milyonlarla manat vəsaitə qənaət edilib. Görülmüş işlər nəticəsində "Huawei" şirkətinə olan köhnə borc tamamilə bağlanıb, "ZTE" şirkətinə olan borcların ödənişi isə qrafik üzrə aparılıb".

Nazir müavini əlavə edib ki, cari ilin 9 ayı ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yerli və xarici banklara olan kreditlərin qaytarılması istiqamətində müvafiq işlər aparılıb.

"Həyata keçirilən tədbirlə nəticəsində büdcə və büdcədənkənar fondlar qarşısında öhdəliklərin vaxtında icrasına diqqət artırılıb. Ötən dövrdə dövlət büdcəsinə 44 milyon manat, Dövlət Sosial Müdafiə Fonduna isə 19 milyon manat vəsait ödənilib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 48,8% və 33% çoxdur. Ötən dövrdə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti üzrə görülmüş işlər öz müsbət nəticəsini verib. Nağd pul vəsaitinin qalığı 12 milyon manat artaraq 24 milyon manata, debitor borcu 18 milyon manat artaraq 142 milyon manata, kreditor borcu isə 44 milyon manat azalaraq 156 milyon manata çatıb", - deyə o bildirib.

Tarix
2016.10.25 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla