Yuxarı

“Azərsell”dən tələbələrə dəvət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsell”dən tələbələrə dəvət

Azərsell Telekom MMC-nin əməkdaşları 2008-ci ildən etibarən start verilən Tələbə Təqaüd Proqramı çərçivəsində ölkəmizin ali məktəblərində təhsil alan tələbələrlə bir sıra görüşlər keçiriblər.

"Azersell"dən Axar.az-a bildirilib ki, şirkətin əməkdaşları oktyabr ayı ərzində Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşərək, onları Tələbə Təqaüd Proqramı haqqında məlumatlandırıblar. Tələbələrin diqqətinə çatdırılıb ki, sentyabrın 30-dan etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Tələbə Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər. Proqramın əsas məqsədi yüksək akademik nəticələrə nail olan ali məktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etməkdir.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər "Azərsell" şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alırlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılır. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə "Azərsell" şirkətinin təqaüdçüsü adına layiq görülüb.

Tarix
2016.11.02 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla