Yuxarı

Metropolitenin iş rejimi dəyişir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metropolitenin iş rejimi dəyişir

Bakı Metropoliteninin "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyasının iş rejimi bir günlük dəyişdiriləcək.

Bu barədə Axar.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, "Qəbələ" futbol komandasının rəhbərliyinin komandanın noyabrın 3-də Bakıda keçiriləcək oyunu ilə bağlı müraciəti əsasında metroda iş rejimində dəyişiklik edilib:

"Komanda rəhbərliyi "Qəbələ"nin Bakıda keçiriləcək oyunu ilə əlaqədar azarkeşlərin mənzil başına vaxtında çatması üçün müraciət edib. Biz də onlara müsbət cavab vermişik. Bu məqsədlə biz "Qəbələ" komandasının rəhbərliyi ilə koordinasiyalı işləyəcəyik. Stansiyaların saat neçəyə qədər işləməsi hələ məlum deyil. Ola bilsin ki, oyundan sonra metroya kütləvi sərnişin axını olsun. Əgər elə olarsa, sərnişinlərin daşınması üçün hər iki stansiya açıq olsun. Əgər saat 01:00-dan sonra da metroya kütləvi sərnişin axını olsa, stansiyalar bağlanmayacaq. Stansiyaların hər ikisi sərnişinləri sona qədər daşımaq üçün açıq olacaq. Digər stansiyalarda isə saat 12:00-da giriş bağlanacaq, çıxış isə açıq olacaq".

Tarix
2016.11.03 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla