Yuxarı

Bakıda 9 piyada keçidi tikiləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 9 piyada keçidi tikiləcək - Video

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində Azəravtoyol ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

ASC-dən Axar.az-a verilən xəbərə görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.

Sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İlkin olaraq hazırda 11 bu cür yerdə keçidlərin inşası aparılır. Bu, aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbirstanlığının yaxınlığı), 13,7-ci km-i ("Mətanət-A" şirkətinin yaxınlığı) və 27,7-ci km-i (Ceyranbatan qəsəbəsi);

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,3-cü km-i (Sulutəpə qəsəbəsi), 23,5-ci və 24,4-cü km-i (Müşfiq qəsəbəsi);

3. Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 18-ci km-i (hərbi hissənin yaxınlığı);

4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid);

5. Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsi;

6. Zığ-Hövsan avtomobil yolunun 1,8-ci və 4,3-cü km-i.

Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 12-ci km-də və Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsində inşa edilən yerüstü piya keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. "Sabunçu körpüsü"nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.

Bundan başqa daha 9 yerdə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu, aşağıdakı ərazilərdir:

1. Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 27-ci km-i (Ceyranbatan qəsəbəsi);

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);

3. Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid parkının qaşısında (yeraltı keçid);

4. Mərdəkan-Zağulba yolunda ("Xrustalnı" deyilən ərazi);

5. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-i;

6. Zığ-Hövsan avtomobil yolunun 2,6-cı km-i;

7. Bakının Xətai rayonu, Neapol küçəsi (171 nömrəli məktəbin yaxınlığı), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;

8. Moskva prospekti, "Şamaxinka" deyilən ərazi.

İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkan hissədən ibarətdir.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulub.

Tarix
2016.11.04 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla