Yuxarı

Kəmaləddin Heydərov Asiya Nazirlər Konfransında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Asiya Nazirlər Konfransında - Foto

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 2016-cı il noyabrın 3-4-də Hindistanın Nyu-Delhi şəhərində Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNISDR) və Hindistan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, konfransın gündəliyinə BMT-yə üzv dövlətlər tərəfindən 2015-ci ildə qəbul olunmuş Sendai Platformasının nəzərdən keçirilməsi, Asiyada fəlakət təhlükəsinin azaldılması üzrə inkişaf proqramlarının müzakirəsi və qarşılıqlı fəaliyyət planının təsdiqi daxil edilib.

Hindistanın Baş naziri Narendra Modinin açılış nitqindən sonra nazirlərin çıxışları dinlənilib.

Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, BMT və onun uyğun qurumları çərçivəsində əməkdaşlıq münasibətlərindən bəhs edib, fəlakətlərin effektli idarə olunması üçün beynəlxalq əməkdaşlığın qaçılmaz olduğunu diqqətə çatdırıb.

Sonda tədbirdə müzakirə olunan məsələlərə dair Birgə Bəyannamə və Sendai Platforması çərçivəsində Fəaliyyət Planı qəbul olunub.

Tədbir çərçivəsində bir sıra ölkələrin fövqəladə hallarla mübarizə sahəsində məsul qurumlarının rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.11.04 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla