Yuxarı

Mürsəliyev: “Gəlirlərimiz azalıb”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mürsəliyev: “Gəlirlərimiz azalıb”

2015-ci illə müqayisədə bu il "Azersell" şirkətinin gəlirləri azalıb.

APA-nın məlumatına görə, bu barədə "Azersell" şirkətinin prezidenti Vahid Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə təsir edib: "Azersell"in bütün müasir avadanlıqları xaricdən idxal etdiyini nəzərə alsaq, bu amillər bizə daha çox təsir edib. Biz çalışırıq ki, müştərilərimiz bunu hiss etməsin. Xidmətlərimizi yüksək səviyyədə saxlamağa çalışırıq. Tarifləri artırmamağa çalışacağıq. Əgər hər hansı bir artım olarsa, çalışacağıq tam əsaslandırılmış, bazara və bizim müştərilərimizin bugünkü durumuna uyğun olsun. Biz müştərilərimizi düşünərək fantastik qiymət artımı planlaşdırmırıq".

V.Mürsəliyev əlavə edib ki, şirkət işçilərini ixtisar etməyəcək: "Çünki, mən indiki iqtisadi durumda işçiləri ixtisar etməyi doğru saymıram. Biz xərclərimizə ciddi nəzarət etsək, heç buna ehtiyac da qalmayacaq. Ümumiyyətlə, biznesin əsas şərti xərclərə doğru nəzarət etməkdir. İstənilən şirkət xərclərinə düzgün nəzarət edərsə, işçi ixtisarına da gərək olmaz".

Tarix
2016.11.04 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla