Yuxarı

Bu yataqlarda zəlzələ ocaqları var - Yetirmişli

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yataqlarda zəlzələ ocaqları var - Yetirmişli

Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var, həmin yerlər Xəzər dənizində ən aktiv bölgələrdir.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

"Orada zəlzələ olub və yenə də olacaq", - deyə Q. Yetirmişli qeyd edib.

"Günəşli", "Ümid" və "Bahar" yataqları ətrafında, platformaların üstündə dənizdibi stansiyalar nə zaman quraşdırılacaq?" sualına cavab olaraq direktor qeyd edib ki, həmin stansiyalar alınıb, lakin quraşdırılmayıb: "Bu mənada bizim maliyyə cəhətdən çətinliyimiz var. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Hətta stansiyalar alınıb, gətirilib, 3 ilə yaxındır bizim təşkilatın anbarındadır".

Qeyd edək ki, noyabrın 4-ü təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində "Günəşli" yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

Xatırladaq ki, dəniz dibi stansiyasında olan məlumatların quruda olan stansiyalar kimi birbaşa peykdən mərkəzə ötürülmə imkanları mövcuddur. Stansiyalar dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Tarix
2016.11.05 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla