Yuxarı

"20 Yanvar"da yenilik - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"20 Yanvar"da yenilik - Foto

Noyabrın 8-dən "20 Yanvar" metro stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək.

Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən bildirilib.

Bu il iyul ayının 1-dən istismar müddəti başa çatmış "ET-5" tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə "20 Yanvar" metro stansiyasının bağlanmış birinci vestibülü noyabr ayının 8-də yenidən sərnişinlərin giriş-çıxışı üçün açılacaq.

Qeyd edək ki, 1985-ci ildən istismarda olan "ET-5" tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın "Thyssen Krupp" şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş "Tugela" tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.

Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.

Tarix
2016.11.07 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla