Yuxarı

Bu nazirliyin daha bir səlahiyyəti ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirliyin daha bir səlahiyyəti ləğv edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları"nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Nəqliyyat Nazirliyinin səlahiyyətlərindən birinin ləğv edilməsi ilə bağlıdır.

Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarına aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl avtomobil yollarına aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalı idi. Dəyişikliyə əsasən bundan sonra Azərbaycanın sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə deyil, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və ya "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılacaq.

Tarix
2016.11.08 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla