Yuxarı

Bakıdakı internet probleminin səbəbi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı internet probleminin səbəbi açıqlandı

Son 2 gündə "Bakinternet"in bəzi abunəçilərinin internet təchizatında problem yaranıb.

APA-nın sorğusuna cavab olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müşaviri Ramil Muxtarzadə bəzi abunəçilərin üzləşdiyi problemin səbəblərinə aydınlıq gətirib. O bildirib ki, internetin verilişində yaranan problem BTRİB-in öncədən ödəmə sisteminə keçməsi ilə bağlıdır.

R.Muxtarzadənin sözlərinə görə, indiyə kimi əhalidən internet xidmətinə görə ödəniş əvvəlcədən tələb edilmirdi və bu da əsasən yay mövsümündən sonra əhalinin həddindən artıq borclanmasına səbəb olurdu.

"Düzdür, abunə müqaviləsində qeyd olunub ki, əgər xidmət dayandırılırsa, bununla bağlı abunəçi provayderə yazılı məlumat verməlidir. Beləliklə də abunəçi istifadə etmədiyi dövrdə xidmətin verilməsi dayandırılmalıdır. Amma bir sıra hallarda abunəçi yazılı müraciət etmədiyi üçün xidmətin verilişi davam edirdi. Məzuniyyət mövsümü bitdikdən sonra vətəndaş evinə qayıtdıqda artıq 50-60 manat borclandığı xəbərini alırdı, bu da onun narazılıqlara səbəb olurdu", - deyə R.Muxtarzadə qeyd edib.

BTRİB müşaviri əlavə edib ki, bu hal onlar üçün də çətin qaytarılan debütor borcların yaranmasına gətirib çıxarırdı: "Bütün bu müzakirələrdən sonra və dünya praktikasına nəzər salaraq, biz internet və multimedia xidmətləri üçün öncədən ödəmə sisteminə keçməyi qərar verdik. Bununla bağlı media vasitəsilə, SMS bildirişlər yolu ilə, eyni zamanda avtomatik anonslar vasitəsilə əhali məlumatlandırılıb. Beləliklə, 1 sentyabrdan öncədən ödəmə sisteminə keçid olub, 6 sentyabrdan xidmətin verilişi BTRİB tərəfindən dayandırılmalı idi, lakin biz daxildə müzakirələr apardıq. Bu tarixin yay mövsümündən dərhal sonraya düşməsini, vətəndaşların bir çoxunun məzuniyyətdə olmasını nəzərə alaraq xidmətin dayandırılmasının tətbiqini 2 ay ləngitdik. Sentyabr-oktyabr ayları ərzində 450 min abunəçiyə SMS bildirişlər göndərilib, bütün borclu abunəçilərə avtomatik anonslar edilib. Artıq noyabrın 7-dən öncədən ödəmənin tətbiqinə başlanılıb".

R.Muxtarzadə vurğulayıb ki, ölkədə fəaliyyət göstərən provayder-operatorlarda gözləmə müddəti yoxdur.

"Amma bizdə 5 gün vaxt verilir. Həmin müddətdə avtomatik anonslar, SMS bildirişlər göndərilir və həmçinin həmin 5 gün ərzində ödəniş etməyən abunəçilərə xidmət verilişi davam edir. Lakin 5 gün sonra xidmət verilişi dayandırlır", - deyə R.Muxtarzadə qeyd edib.

R.Muxtarzadə, həmçinin bildirib ki, hər cari ayın 5-nə kimi həmin ayın xidmət haqqının ödənişi olmalıdır: "Biz hal-hazırda bir çox ödəniş qaydaları təqdim edirik. BTRİB-in telefon qovşaqlarında, "Azərpoçt"un bütün şöbələrində, 37 bank, onlayn ödəmə sistemləri, eyni zamanda ödəniş etmə imkanı var. Vətəndaş istər şənbə, bazar, istərsə də bayram günlərində ödəniş etməsində heç bir maneə yoxdur".

BTRİB müşaviri əlavə edib ki, hal-hazırda hansısa abunəçinin internetinin olmasının səbəbi infrastruktur ilə bağlı deyil: "Bu, yalnız laqeydlik göstərib, ödəniş etməyən abunəçilərin xəttində yaranan problemdir".

Tarix
2016.11.09 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rubio Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla