Yuxarı

Nigar Köçərli də istintaqa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nigar Köçərli də istintaqa çağırıldı

"Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Nigar Köçərlinin özü məlumat verib.

N.Köçərli deyib: "Bu gün (martın 14-də-red.) səhər zəng vurublar və işimizi araşdıracaqlarını, tezliklə məni istintaq idarəsində görmək istədiklərini deyiblər. Belə başa düşürəm ki, "Qanun"dan sonra növbə "Ali və Nino"nundur".

Nigar Köçərli bunu öz vətəndaş mövqeyi ilə əlaqələndirib: "Mən bunu öz Feysbuk hesabımda yaydım. Müxtəlif fikirlər səsləndi. Kimisi bildirdi ki, hansısa oliqarxın nəşriyyat açmaq planı var, kimisi dedi ki, bu, siyasi sifarişdir. Bunlar mənə təbii ki, xoş deyil. 2003-cü ildən bəri fəaliyyətdəyik. İnsanları kitaba cəlb edirik, vergilərimizi hər zaman vaxtında və düzgün ödəmişik. Bu ola bilər mənim vətəndaş mövqeyimlə əlaqədardır. Bu günə qədər heç kimə rüşvət verməmişəm. Görünür, "Ali və Nino" kiməsə maneə olur".

Ötən ilin sonlarından "Qanun" nəşriyyatında da Vergilər Nazirliyi yoxlamalar aparıb. Bu ilin fevralında nəşriyyat 150 min manat cərimə olunub ("Azadlıq Radiosu").

Tarix
2014.03.14 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla