Yuxarı

Tanınmışların övladları hansı dildə təhsil alır - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsilində, ictimai-siyasi həyatında uzun illər rus dili dominantlıq edib. Müstəqillikdən sonra bu dominantlıq zəiflədi və rus dilini başda ingilis dili olmaqla fransız, alman və ərəb dilləri əvəzləməyə başladı. Lakin əvvəllər olduğu kimi indi də əksər məktəblərimizdə iki bölmə mövcuddur: Azərbaycan və Rus bölmələri. Lakin son dövrlərdə ibtidai siniflərdə rus dilinin fənn kimi keçirilməsinin ləğv edilməsi Rus bölmələrinin sayını azaldıb.

"Axar.az" bununla bağlı sorğu keçirərək məşhurlarımızın övladlarının hansı bölmədə təhsil aldıqlarını üzə çıxardı. Maraqlı nəticələri olan sorğu ilə tanış ola bilərsiniz:

Rus dilini məndən yaxşı bilir

Müğənni Röya: "Düzdür, oğlum balacadır, məktəbə getmir. Lakin indidən rus dilini məndən yaxşı bilir. Çox güman ki, məktəb vaxtı çatanda, rus dili bölməsinə qoyacağıq".

Bunun mətləbə dəxli yoxdur

Bəstəkar Elçin İmanov sualımızdan yayınaraq cavab verdi: "Qızım Tibb Universitetinin 2-ci kurs tələbəsidir, oğlum isə Azərbaycan Diplomatik Akademiyasında təhsil alır". Sualımızı təkrarlamağımız bəstəkarı özündən çıxardı: "Bunun mətləbə dəxli yoxdur!".

Ana dilim, ana dilim, mənim həzim layla dilim

Şairə Nazilə Səfərlinin cavabı çox poetik oldu: "Ana dilim, ana dilim, mənim həzin layla dilim".

Təkcə Azərbaycan dilini bilmək yaxşı deyil

Tanınmış rəssam Nəvai Mətin fikrini bu cür bildirdi: "Mənim övladlarım Azərbaycan dili bölməsində təhsil alıblar. Millətçilik çox pis xüsusiyyət olsa da, fikirləşirəm ki, öz dilində təhsili alıb dünya dilləri ilə maraqlanmaq çox yaxşıdır. Bu gün gənclərin təkcə öz dilini bilməsi yetərli deyil. Bu, əslində dünyadan xəbərsiz olmaq deməkdir. Yenə qayıdıram Sovet dönəminə, o dönəmdə 70% əhali rus dilində bilirdi və demək olar ki, dünyada olan hadisələri o dildən alırdı. Təəssüf ki, bu gün ondan da məhrumuq. Bir rəssam kimi deyə bilərəm ki, rəssamlığa aid bütün tədris vəsaitləri rus dilində idi".

Ali məktəbi ingilis dilində oxuyublar

Müğənni Elit Star Cəmilə: "Mən və həyat yoldaşım rus dilli olduğumuz üçün uşaqları da rus dili bölməsində oxutduq. Ali məktəbdə isə oğlanlarım ingilis dilində təhsil alıblar".

Hər ikisi rus dili bölməsində…

Müğənni Nüşabə Ələsgərli: "İki övladım var – bir qız, bir oğlan. Hər ikisi 11-ci sinifdə oxuyur. Məktəbə qədəm qoyduqları ilk gündən rus dili bölməsində təhsil alıblar".

Oğlumun 15 yaşı var

Prodüsser Sayqa Cahid də övladını Azərbaycan dili bölməsində oxudanlardan imiş: "Oğlum Cahidin 15 yaşı var. Xətai rayonu 138 saylı orta məktəbin 9-cu sinif Azərbaycan dili bölməsində təhsil alır".

Tarix
2014.03.15 / 01:12
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla